Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
11:34
4510
ATU-nun həkimləri dünya səhiyyəsində ilkə imza atıblar-FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb. Universitetin I mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində cərrahi əməliyyat icra olunub.

ATU-nun mətbuat xidmətindən FaktXeber.com-a bildiriblər ki, professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycanın səhiyyə sahəsinin inkişafından xəbər verir. O qeyd edib ki, bu əməliyyat təkcə Azərbaycanda deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır:

“Təbii ki, Tədris Cərrahiyyə Klinikasının güclü bazası olmadan biz bu cərrahi müdaxilələri edə bilmərik. Əməliyyat etdiyimiz qadın beş ildir ki, ailəlidir. Xəstə bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi yarımçıq başa çatmışdı. Buna səbəb dölün bətndaxili inkişafının dayanması olub. Uşaqlığın onu saxlamaması səbəbindən döl itirilirdi. İstmikoservikal çatışmazlıq-uşaqlıq boynu çatışmazlığı dediyimiz xəstəlik nəticəsində döl tələf olurdu”.

Professorun bildirdiyinə görə, yeganə yol tibdə yeni üsul tətbiq etmək olub:

“Əlbəttə ki, tibb elmində, təcrübi vərdişlərə əsaslanaraq, yeni bir addım atdıq. Xəstə ilə ciddi danışıqlar aparıldı, razılıq əldə olunandan sonra hamiləliyin 14-cü həftəsində uşaqlıq üzərində cərrahi əməliyyatı icra etdik. Süni sfinktor yaratmalı idik ki, döl uşaqlıqdan xaric olmasın və hamiləlik sonuna kimi çatdırıla bilsin. Biz dünya səhiyyəsində ilk dəfə olaraq, belə bir əməliyyatı icra etdik. Bu cərrahi müdaxilənin icrası ondan ibarət oldu ki, süni şəkildə, artıq həm autoplastika ilə, həm də sintetik materiallardan istifadə edərək, uşaqlıq və uşaqlıq boynu arasındakı məsafədə sfinktor yaratdıq və bu sfinktor qapalı şəkildə oldu”.

Qeyd edək ki, xəstə üzərində əməliyyat çox riskli keçib. Hamiləlik müddətində xəstə həkim nəzarətində olub. Hamiləliyin 35-ci həftəsində 2300 qram çəkidə oğlan uşağı dünyaya gəlib. Hazırda həm qadın, həm də körpənin vəziyyəti yaxşıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
40

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
42

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
42

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
410

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
335

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
255

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
246

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
499
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru