Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
10:45
3092
Bakı-Quba yolunda rənglənmə işləri davam edir

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda rənglənmə işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45 km-lik hissəsində bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : rənglənmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 10:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com