Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
10:02
Bir çox xəstəliyin dərmanı: göyəm

Bəlkə də çox insan meşələrdə yabanı halda bitən göyəmin səhhətimiz üçün nə qədər faydalı olduğunu bilmir. Göyəmin bir çox xəstəliklərə faydalı, soyuğa və susuzluğa qarşı davamlı olmasına baxmayaraq, çoxları bu meyvəni öz həyətində əkmir. Hər il bol məhsul gətirən göyəm həm də bazarlarda çox ucuz qiymətə satılır. Göyəmin meyvəsindən dadlı mürəbbə, cem və kompot hazırlanır. Sağlamlığını düşünən hər kəs göyəm meyvəsinin bu cür təbii üstünlüklərindən faydalanmağı bacarmalıdır.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində göyəmin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, göyəm mədəni halda az, yabanı halda geniş yayılmış bitkidir. Digər bitkilərlə müqayisədə nisbətən az tətqiq olunub. Lakin meyvələrinin zəngin tərkibi, şaxtaya və quraqlığa davamlılığı bu bitkinin müxtəlif irimeyvəli formalarının seçilib yaradılmasına səbəb olub. Meyvələrində şəkər (qlükoza və fruktoza), turşu (əsasən alma turşusu), dabbaq maddələri, pektin, karbohidratlar, steroidlər, triterponoidlər, azot tərkibli birləşmələr, mineral duzlar, müxtəlif vitaminlər (C,E), karotin, kumarinlər, katexinlər, flavanoidlər, ali spirtlər, həmçinin piyli yağlar - linolin, palmitin, stearin, olein və eleosterinlər vardır. Göyəm yarpağı C vitamini ilə zəngindir. Meyvələrindən əsasən emal olunmuş halda istifadə edilir.

Bu bitkinin yarpaqlarında C və E vitamini, fenolkarbon turşuları, flavanoidlər, antosianlar var. Müalicə vasitəsi kimi göyəmin meyvəsi və yarpağı istifadə olunur. Büzüşdürücü xüsusiyyətə malik olan meyvələr antiseptik, sidikqovucu və ishala qarşı vasitə kimi istifadə olunur. Göyəm meyvələrindən hazırlanmış mürəbbə xalq təbabətində soyuqdəymə, mədə-bağırsaq pozuntuları (ishal) zamanı istifadə edilir. Ondan, həmçinin iştahaçıcı kimi də istifadə olunur.

Göyəm çiçəklərindən hazırlanmış dəmləmə də sidikqovucu, tərgətirici, mədəyumşaldıcı olaraq işlənir. O, ürək bulanmasının, qusmanın qarşısını ala bilir, maddələr mübadiləsini nizamlayır, əsəb sistemini sakitləşdirir. Göyəm yarpaqlarından hazırlanmış çay da eyni xüsusiyyətlərə malik olur. O, işlədici xüsusiyyətli olmaqla diurezi artırır, xroniki qəbizlik, sistit, prostat adenoması xəstəliklərində və xüsusən oturaq iş rejimli insanlar üçün faydalır. Yarpaq dəmləməsi ağız boşluğunun soyuqlaması zamanı qarqara üçün, həlimi dəri xəstəliklərinin, sirkə ilə qarışdırılmış həlimi isə irinli yara və xoraların müalicəsində istifadə olunur. Göyəm çiçəkləri və yarpaqlarından hazırlanmış dəmləmə böyrəklərin və sidik kisəsinin soyuqlaması və dermatozda istifadə olunur. Göyəm bitkisinin gövdəsinin qabığı və kökləri də istiliyin aşağı salınmasında əhəmiyyətlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : göyəm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com