Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
09:31
Bu gün `Qarabağ`ın Avropa Liqasında rəqibləri müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Monakodakı Qrimaldi Forumda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Əvvəlki mövsümlərlə müqayisədə, indi Ağdam komandası üçüncü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqiblərindən biri daha aşağı reytinqli komanda olacaq.

Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.

Beləliklə, 48 klubun 4 səbətə bölgüsü belə aparılıb:

1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)

2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)

3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)

4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç)

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizmann (hər ikisi "Atletiko", İspaniya) və Dimitri Payet ("Marsel", Fransa) mübarizə aparır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avropa Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 14:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com