Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2018
13:14
3421
Bakı əhalisinin sayı açıqlanıb

Bakı əhalisinin sayı açıqlanıb. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 2269,7 min nəfərə çatıb. 

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. 

Doğulan körpələrin 156 nəfəri əkiz,2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı əhalisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com