Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2018
12:27
Dini radikalizm sosial şəbəkələrdə yayılır - Deputat

"Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi düşündürən ciddi məsələdir".

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.

O bildirib ki, hazırda Azərbaycanın ən ciddi problemlərindən biri dini radikalizmdir: "Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir. Dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirmə işləri aparılmalıdır".

A.Quliyev qeyd edib ki, cəmiyyətin, xüsusilə də Qeyri-Hökumət Təşkilatlarının səfərbər olmasına ehtiyac var: "Savad baxımından geri qalan şəxslər xürafata meyilli olurlar. Bundan istifadə edən qruplar onları hədəfə götürüb risk qrupuna daxil edirlər. Dini radikalizm daha çox sosial şəbəkələr vasitəsilə yayılır. Dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılmalıdır". (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azay Quliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 01:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected].com

Valyuta.com