Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
19:32
4384
Kılıçdaroğlu Ərdoğana indiyə kimi belə sözlər deməmişdi

Kılıçdaroğlu: Tramp istəyir, sən də vermirsən, "nöqtə" de, bitsin

CHP Partiya Məclisi başqan Kamal Kılıçdaroğlu rəhbərliyi ilə partiyanın mərkəz qərargahında toplanıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Kılıçdaroğlu son zamanlar ölkənin üzləşdiyi problemlərə toxunub.

İsrafçılıqdan imtina edilməsi lazım olduğuna diqqəti çəkən Kılıçdaroğlu, "israf əxlaqın, ədalətin düşmənidir. Gəlir bölgüsünü pozur, ədalətsizliklərə yol açır. Altlarında milyonluq avtomobillər var. Bu Ankaradakı böyük binalara baxın. Böyük bir qismi icarəlidir və nazirliklər otururlar. İqtisadiyyatı bizdən daha yaxşı olan bir ölkənin naziri normal təyyarə ilə səfər edərkən, bizimki xüsusi təyyarə tutub gedir. Yəni kefə davam edirlər", - deyə bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın, "Kılıçdaroğlu valyuta baronları ilə birlikdə hərəkət edir" sözlərinə də cavab verən CHP sədri, "daha sözüm yoxdur" söyləyib: 

"Sanki mənim qızımın, uşaqlarımın Amerikada binaları, evləri, mənzilləri var. Sənin uşaqlarının var qardaşım. Valyuta baronları ilə səhər-axşam bərabər olan sənsən. Valyuta bazasında tender paylayan sənsən. Mənim valyuta baronları ilə bir lirəlik münasibətimi sübut et, siyasəti tərk edəcəm, amma mən sənin valyuta baronları ilə münasibətini hər şəraitdə açıqlayıram, amma səndən tık yoxdur. İqtisadiyyatın gəldiyi bu vəziyyəti hamımız bilirdik. Növbədənkənar seçkilərin keçirilməsinə səbəb də bu idi. İqtisadiyyat mənfiyə doğru gedirdi, hamı görürdü, hər kəs bilirdi. "Seçkiləri vaxtından əvvələ keçirək, bu işi qurtaraq", - dedilər. İndi seçkilərdən sonra baş verib. Guya amerikalı bir keşiş varmış, ona görə böhran yaranıb. Yox əfəndim, böhran onsuz da var idi. Tramp istəyir, sən də vermirsən, "nöqtə" de, bitir. Tramp Meksika sərhədinə divar çəkdi, hələ də davam edir, böhranmı baş verdi? Xeyr. Merkellə müzakirə etdi, böhranmı yarandı? Xeyr. Bizdə niyə baş verir? Bizdə böhran onsuz da var idi. Bunu milliyyətçi duyğuları da istismar edərək, "bax, biz bir başqa milli qurtuluş savaşı veririk. Xarici güclər bizimlə, iqtisadiyyatla oynayırlar", - deyə bildirir. Sən uşaq oyuncağısanmı? Sən uşaqsanmı? Sən dövləti idarə etmirsənmi? Merkel idarə edərkən Almaniyada, Fransada, Meksikada böhran çıxmır, niyə səndə çıxır?"

Çıxışının sonunda Ərdoğana 9 sual ünvanlayan Kılıçdaroğlunun son 2 sualı cavablandırılması çətin tiplərdən hesab olunub.

Kılıçdaroğlu, ""haqlı olaraq borc alan, əmr alır" - deyirdin. Məmləkəti bu hala gətirmək üçün bu günə qədər əmir aldığın xarici gücləri açıqlayacaqsanmı? Üzləşdiyimiz hazırkım durumda Londondakı sələmçilər faizin kifayət etmədiyi və sənə inanmadıqları üçün borc vermirlər. İndi borc almaq üçün Qətərin qapısını döyməyə və yalvarmağa başlamısan. Yeni əmrləri Qətərdənmi alacaqsan?", - deyə sual edib.

Məqalədə : Kılıçdaroğlu Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3072

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3018

Sumqayıtda 18 yaşlı gənc itkin düşüb - FOTO

27

İyun
11:49
HÜQUQ,HADİSƏ
1514

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1336

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
42

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
975

Abituriyentlərə yeni imkan yaradılıb

27

İyun
10:55
ELM / TƏHSİL
1208

Yanacaq doldurmağa girmişdi, dünyasını dəyişdi

27

İyun
10:54
HÜQUQ,HADİSƏ
989
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru