Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
11:39
Vergilər Nazirliyi Bakının böyük supermarketlərində nöqsanlar aşkarlayıb

Vergilər Nazirliyi Bakıda yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.

Nazirliyin media və kommunikasiya mərkəzindən FaktXəbər-ə bildirilib ki, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub.

Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergiödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıb. Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə edilib.

Səbail rayonunda yerləşən “Viva dessert” şirniyyat mağazasında, Nəsimi rayonundakı “Geox” ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən “Lider inşaat” santexnika mağazasında və “Nobel elektrik” elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə olunub.

Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SIS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında, həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar edilib.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda İlham Həsənova məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib olunub.

Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45 faizinə cərimələr tətbiq edilib, 15 faizində qanun pozuntuları aşkar olunmayıb, qalan 40 faizi üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergiödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi onların nəzərinə çatdırılıb.

Vergilər Nazirliyi vergiödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında “keçid ili” olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergiödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Kassa çekləri vergiödəyicilərinin istehlakçı hüquqlarının pozulduğu hallarda, mənafelərinin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Məqalədə : Vergilər Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13617

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13700

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13284

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18649

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13148

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 19:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru