Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

29 Avqust

2018
11:24
2259
İraq İrana qarşı sanksiyalardan kənarda qalmaq istəyir

İraq baş naziri Heydər əl-İbadi paytaxt Bağdadda Nazirlər Kabineti toplantısından sonra verdiyi açıqlamada bildirib ki, hökumət ABŞ-ın İrana qarşı sanksiyalarından İraqın azad edilməsi üçün danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona heyət göndərməyi qərarlaşdırıb.

FaktXəbər-in məlumatına görə, ölkəsinin heç bir ölkəyə qarşı iqtisadi sanksiyaları dəstəkləmədiyini söyləyən İbadi, İranla maliyyə münasibətləri məsələsində razılığa gəlmək üçün ABŞ-la danışmaq istədiklərini deyib.

İraq ən mühüm idxal qapısı olan İrana qarşı sanksiyaların öz ölkəsi üçün də qüvvədə olmasını istəmir.

Xatırladaq ki, Heydər əl-İbadi bundan əvvəl verdiyi açıqlamada ABŞ-ın İrana qarşı sanksiyalarına tabe olacaqlarını bildirmişdi.

İbadi, "İraq olaraq beynəlxalq sanksiyalara qarşıyıq. İraq bunun təcrübəsini yaşadı. Sanksiyalar ölkəni və xalqı yorub. İrana qarşı sanksiyalarla maraqlanmayacağıq, ancaq xalqımızın zərər görməməsi üçün də buna tabe olacağıq. Nəticədə biz də beynəlxalq iqtisadi sistemdən kənarda qala bilmərik", - deyə qeyd etmişdi.

Baş nazir İbadinin bu açıqlamasına siyasətçilərdən və xüsusən İrana yaxın şiə qruplardan kəskin etiraz səslənmişdi. Bundan sonra İraq Xarici İşlər Nazirliyindən ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları rədd etdikləri barədə bəyanat səslənmişdi:

"İraq hər hansı bir ölkəyə tətbiq edilən və bütün xalqa zərər verən hər cür embarqodan imtina edir. Böhranlarda yanımızda dayanan qonşu ölkə olan İranın şərəfli davranışını da unutmarıq".

İraq prezidenti Fuad Məsum da ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara riayət etmələrinin çətin olacağını bildirmişdi.

Məqalədə : İraq İran ABŞ sansksiyası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əvvəlki illərin məzunlarının DİQQƏTİNƏ!

23

Aprel
10:10
ELM / TƏHSİL
37

Saxta manatı necə tanımalı? - FOTO

23

Aprel
10:04
İQTİSADİYYAT
281

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23

Aprel
09:56
HÜQUQ,HADİSƏ
66

Xarici valyutaların manata qarşı məzənnələri

23

Aprel
09:24
İQTİSADİYYAT
55

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
662

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
84

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
110

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
104

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
221

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
89
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 10:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru