Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2018
09:51
Masallıda top mərmisi tapılıb - FOTO

Avqustun 28-də saat 21:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 21:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Masallı rayonu, Hişkədərə kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

FaktXeber.com-un agentliyə istinadla verdiyi məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Masallı rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2018-ci il 29 avqust tarixində saat 02:35-də yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 millimetrlik top mərmisi (OF-350A) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : Top mərmisi ANAMA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4995

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3398

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2702

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2243
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 22:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru