Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2018
08:59
2558
Şirvan rayonunda növbəti layihə həyata keçirilib

Şirvan rayonunda ”Sağlam həyata doğru” EİB AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində rayonunun aidiyyatı dövlət idarələrinin işçiləri, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri ilə növbəti dəyirmi masa keçirib. Tədbirdə mədən sənayesi barədə tarixi məlumatlar, hesabalılıq və şəffaflıq barədə geniş məlumatlar olan maarifləndirici bukletlər iştitrakçılra paylanıb və müzakirə təşkil olunub.

Şirvan şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov mövzu ətrafında və Şirvan şəhərinin iqtisadi inkişafında mədən sənayesinin rolu barədə məlumat verib. 

“Sağlam həyata doğru” EİB-nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mədən sənayesinin tarixindən danışaraq onu 3 mərhələyə bölüb. 1-ci mərhələ 1900-1920-ci ilə qədər olan Çar Rusiyası, ADR-in yaranması və inkişafı dövrü, 2-ci mərhələ 1920-1991-ci il Sovet işğalından sonrakı dövr və 3-cü mərhələ 1991-ci ildən bu günə qədər olan müstəqillik dövrünü əhatə edir. Müəllif hər 3 mərhələni təhlil edərək əsas iqtisadi inkişafımızın 1991-ci ildən sonra qazandığımız müstəqillik dövrünə düşdüyünü qeyd edib: "Neft və qaz istehsalının intensiv inkişafı, bu sektordan gələn gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilməsi, dövlət büdcəsinə transferlər, sosial və infrastrüktur layihələrinin həyata keçirilməsi Azərbaycan Dövlət Neft fonduna toplanan vəsaitlərin hesabına həyata keçirilir. 

Azərbaycan Mədən sənayesində Şəffaflıq və hesabatlılıq təşəbbüslərinə 2003-cü ilin iyun ayında qoşulub və bu sektor üzrə aparılan bütün hasilat, nəql və satışdan gələn gəlirlər barədə illik hesabatlılıq sistemini tətbiq edilib. 2003-cü ildə yaranan bu təşəbbüsdən sonra mədən sənayesində fəaliyyət göstərən bütün transmilli şirkətlər, SOCAR və digər şirkətlər hər il öz hesabatlarını açıqlamalı və audit yoxlamaları keçirərək rəylərini təqdim etməlidirlər. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri(HSŞ) 2017-ci ildə Azərbaycanın MHŞT-dən çıxdıqdan sonra bu sektordan gələn təşəbbüslərin müstəqil olaraq davam etdirilməsi və təşəbbüsdən irəli gələn öhdəliklərin yerinə yetirilməsindən ibarətdir." 

Bizim həyata keçirdiyimiz bu layihə Azərbaycan ictimaiyyətində bilik və məlumatların artırılması, bu sektordan gələn gəlirlərdən istifadə zamanı şəffaflıq və hesabatlılığın tam təmin olunması, elecədə, ictimaiyyət nümayəndələri, ölkə gəncliyi və əhalinin digər kateqoriyalarında biliklərini artırmaqla iştirak etməklə prosesdə şəffaflığın dahada artırılmasıdır. Şirvan rayonu uzun müddət mədən sənayesi ilə məşğul olduğundan bu sahədə aparılan bütün işlər haqqında əhalinin maariflənməsi vacibdir. 2016-cı ilin hesabatına əsasən Şirvanda il ərzində 270 min ton neft və 3,7 milyon kub metr qaz hasil edillmişdir və bu sahənin inkişafında rayonun xüsusi töhvəsi var. Lakin bu sektorda şəffaflığın tam təmin olunması sahəsində müəyyən nöqsanlarda var." 

Məruzəçi qeyd edib ki, ölkədə neft və qaz istehsalından yaranan gəlirlər barədə Neft fondunun saytı vasitəsilə hər il illik hesabatlar təqdim olunur, lakin insanları maarifləndirmək, dərc olunan hesabatları onlara çatdırmaq və layihələrin icrası zamanı mənimsəmə və korrupsiya hallarının qarşısını almaq üçün vətəndaş cəmiyyətləri üzvləri və ölkə əhalisinin məlumatlı və aktiv olmaları çox vacibdir. Bu sektor haqqında biliklərin artırılması ölkənin inkişafına dəstək ola bilər və nəticədə daxil olan gəlirlər hesabına insanlarımız daha yaxşı yaşaya bilər.

Tədbirdə layihənin eksperti kimi iştirak edən Tələt Qəribov çıxış edərək qeyd etdi ki, Azərbaycan hökuməti Mədən sənayesində şəffaflıq və hesabatlılıq(MHŞT) təşəbbüsünə qoşulmaqla üzərinə müəyyən öhdəliklər götürmüşdür. Bu öhdəliklərin yerinə yetirilməsində xeyli işlər görülmüş və hesabatlılıq sistemi tətbiq edilmişdir. Lakin bu sahədə ən çox çatışmazlıq əhalinin maariflənməsini və biliklərinin artırılması və məlumatlardan istifadə etməklə şəffaflıq təşəbbüslərinə qoşulması sahəsində xeyli problemlər var. Bu gün iştirak etdiyimiz bu Şirvan şəhərində əsas gəlir sahələrinin neft və qaz olduğunu nəzərə alaraaq əhalinin maariflənməsi çox zəif aparılır və layihə bu istiqamətdə mühüm işlər görəcəkdir. HSŞ təşəbbüsünün daha səmərəli olması üçün əhalinin geniş tərkibinin bu müzakirələrə qoşulması, hesabatları diqqətlə oxuması və təkliflər verməsi iqtisadi inkişafı davamlı və dayanıqlı edə bilər. Azərbaycan əhalisinin bu proseslərdə zəif iştirak etməsi və müzakirələrə qoşulmaması bu gəlirlərdən maliyyələşən layihələrin həyata keçirilməsi zamanı hesabatlılıqda tam şəffaflığın olmamasına səbəb olur.  Azərbaycan Prezidentinin 05 aprel 2017-ci ildə HSŞ-la bağlı verdiyi  sərəncamın  müvafiq bəndlərində insanların iştirakının vacibliyi və hökumətlərin bunları etməyə borclu olduğu xüsusi olaraq qeyd edilir.

Məqalədə : mədən sənayesi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
193

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
129

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
158

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
112
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru