Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2018
17:48
İsrail polisi Qüdsdə 7 fələstinlini həbs etdi

Saxlanılan Qüdslülərin Ailələri Komitəsinin sədri Emced Əbu Asab İsrail polisinin Qüdsün şərqindəki Əl-İsaviyyə mahalındakı fələstinlilərin evlərinə basqın təşkil etdiyini bildirib.

FaktXəbər-in məlumatına görə, Asab basqında 5 fələstinlinin nəzarətə alındığını söyləyərək, İsrail polisinin Məscidi-Əqsanın çıxışındakı nəzarət nöqtəsində də 16 yaşlı fələstinli qız uşağı Şifa Əbu Ğaliyəni saxladığını söyləyib.

Qüds Media Mərkəzinin rəhbəri Məhəmməd əs-Sadiq də İsrail polisinin Şərqi Qüdsün Şufat qaçqın şəhərciyindəki fələstinlilərin evlərinə basqın edərək bir nəfəri saxladığını deyib.

Digər tərəfdən, İsrail rejiminə bağlı Qüds bələdiyyəsinin Məscidi-Əqsanın Əl-Əsbat qapısına gedən yolları təmir bəhansi ilə 5 günlüyünə bağlandığı qeyd edilib.

Xatırladaq ki, İsrail rejiminin silahlı qüvvələri işğal altındakı İordan çayının Qərb sahili və Qüdsdəki evlərə  tez-tez basqın təşkil edərək müxtəlif iddialarla fələstinliləri həbs edir.

Fələstin Əsirlər Cəmiyyətinin məlumatlarına görə, İsrail həbsxanalarında hazırda 6 minə yaxın fələstinli var.

Məqalədə : Fələstin Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4397

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3022

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 10:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru