- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.
Bunu Bakıda səfərdə olan Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib: "Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.
Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.
Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.
Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.
Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik."
Azərbaycan Prezidenti İlham Əliyev isə bildirb ki, bu səfərə çox böyük əhəmiyyət verir: "Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.
Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.
İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək."
- 21-02-2019 10:58 İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
- 21-02-2019 09:43 Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi
- 20-02-2019 19:21 Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
- 20-02-2019 16:22 XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
- 20-02-2019 14:48 Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olunub
- 19-02-2019 15:59 AXCP üzvü həbs edilib
- 19-02-2019 14:35 ATƏT-in sədri mart ayında Azərbaycana gələcək
- 19-02-2019 11:52 İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
- 19-02-2019 10:18 Seçkiyə gəlməyən 50 manat cərimə olunsun - Partiya sədri
- 19-02-2019 10:02 Xəzər üzrə Yüksək Səviyyəli İşçi qrupun iclası başlayıb
- 18-02-2019 11:40 İlham Əliyev Sumqayıtda yeni zavodun açılışında olub
- 17-02-2019 10:27 Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
- 15-02-2019 16:30 Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisə çıxarılır
- 15-02-2019 16:25 Avropa İttifaqının rəsmiləri Bakıya gəlir
- 15-02-2019 11:44 AİP qanlı terror aktını kəskin pislədi
- 14-02-2019 10:09 İtaliya vətəndaşı Azərbaycan xalqından üzr istəyib
- 13-02-2019 14:59 İsgəndər Həmidov Qarabağ Komitəsindən getdi
- 13-02-2019 08:50 Prezident: Aprel döyüşləri Ermənistanın yaratdığı mifi darmadağın etdi
- 12-02-2019 19:25 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- 12-02-2019 14:32 AİP Səudiyyədə 6 yaşlı körpənin başının kəsilməsinə etiraz etdi
- 12-02-2019 14:27 AXH təmsilçiləri Avropa İttifaqının səfiri ilə görüşdü
- 12-02-2019 14:06 Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib
- 12-02-2019 09:24 14 müxalifət partiyasının rəhbərliyi xüsusi toplantı keçirib
- 12-02-2019 09:11 Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
- 12-02-2019 08:36 İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi