Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2018
15:15
`Şerif`lə oyun öncəsi “Qarabağ”da ciddi itki

"Qarabağ”ın əsas qapıçısı Hannes Halldoursson bu axşam keçiriləcək "Şerif” – "Qarabağ” görüşündə iştirak edə bilməyəcək. FaktXəbər Sport24.az-a istinadən bildirir ki, İslandiya yığmasının qapıçısı dünən axşam baş tutan məşqdə qasığ nahiyəsində əzələsini dartıb.

Bu səbəbdən də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionunun çərçivəsini Vaqner da Silva qoruyacaq.

Qeyd edək ki, "Şerif” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 14:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com