Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2018
12:29
7819
Hacı Şahin Həsənli: Öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur

“Bizim dini mənbələrimizdə, hər bir müsəlmanın ömründə bir dəfə imkan olduğu halda Ərəfə günü, Qurban bayramında Həcc ziyarətində olması vacib buyrulur.  Amma bununla yanaşı Ərəfə günü Kərbəla ziyarətinə getmək də bəyənilən əməllərdəndir. Çünki İmam Hüseyn (ə) Həccini yarımçıq qoyub məhz bu gün Kərbəlaya dğru hərəkət edib. Ona görə də bunu yad etmək üçün Həcc əməli kimi Kərbəlanı da ziyarət etmək tövsiyyə olunan əməllərdəndir. Artıq üçüncü ildir ki, zəvvar qrupu ilə birgə mən özüm də Kərbəla ziyarətində iştirak edirəm.”

Bu sözləri FaktXəbər-ə açıqlamasında QMİ-nin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.

QMİ nümayəndəsi bildirib ki, bu il 700 nəfər zəvvar ziyarətə gəlib: “Azərbaycandan bura gələnə kimi müxtəlif ziyarətgahlarda olmuşuq. İranın Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmində də məclis təşkil etdik, şəhidlərimizi, Qarabağımızı andıq. Eyni zamanda burada, Kərbəlada da İmam Hüseynin (ə) müqəddəs hərəmində oxşar məclis təşkil etdik. Bu il gənclərin təşəbbüsü ilə orijinal bir təşəbbüs də həyata keçirildi. Belə ki, şəhidlərimizin fotoları böyük formatda köynəklərin üzərində vuruldu və bur formada ziyarət həyata keçirildi. Bu həm də Azərbaycan şəhidliyinin təbliği idi. Eyni zamanda müqəddəs ziyarətgahlara gələn insanlara Azərbaycan barədə, Qarabğımız barədə, şəhidlərimiz barədə məlumat vermək hər birimizin borcudur və biz bunu qismən də olsa icra etdik.”

Qurban bayramı barədə də danışan ilahiyyatçı bildirdi ki, Qurban bayramının mahiyyəti təkcə qoyun kəsməklə bitmir, o, daha dərin fəlsəfəsi köklərə söykənən bir bayramdır: “Bu bayram qoyunla simvolizə edilmir. Qurbanlıq heyvanı kəsib ətini paylaşmaq bu bayramın nişanələrindən, əməllərindən biridir, onun sosial tərəfinə aid olan hissəsidir. Amma o daha dərin fəlsəfi anlama malikdir. Quranda bir ayə var: "Özünü təmizləyən nicat tapdı". Yəni insanın özünü təmizləməsi onun nicat tapmasına səbəb olur. İslamda hər bir bayramın hikməti var. İslam dini hikmətsiz sevinməyi və kədərlənməyi qəbul etmir. Sevincin də,qəmin də fəlsəfi əsası olmalıdır. Bu gün şadlıq günüdür, amma şadlanmaq üçün səbəb insanın özündən azad olmasıdır. Bu gün azadlıq haqqında çox danışılır, amma insanı əsarətə çəkən ən təhlükəli qüvvə insanın özüdür. İnsan öz əsarətindən qurtulmazsa, başqalarına və cəmiyyətə azadlıq bəxş edə bilməz".   

Hacı Şahin Həsənli əlavə olaraq bildirib ki, Qurban bayramı insani bir bayramdır, onu bir ümumbəşəri bayram kimi

qəbul lazımdır: "Çünki bütün bəşəriyyətin, ümumiyyətlə, insanlığın qənimi onun nəfsani istəkləridir, maddi meylləridir. Dünyada baş verən bütün münaqişələr, ixtilaflar nəfsin cilovlanmamasındandırsa,Qurban bayramı ümumbəşəri dəyərdir. Bəşəriyyət üçün bu gün də aktual olan mövzudur. İnsan öz nəfsinin başını kəsmədikdə aqressiv olur, başqaları üçün təhlükəli olur, insanlarla həmdərd ola bilmir. Yalnız özünə qələbə çalmış, öz nəfsini qurban kəsə bilmiş insanlar başqaları üçün faydalı olur, həm də azad və həyatda zövq alaraq yaşaya bilir. Ona görə də bu bayramı hətta konkret bir dinə, məzhəbə aid etmək düzgün deyil. Bu, ümumbşəri bir bayramdır, lakin onu hələ ki, yalnız müsəlmanlar qeyd edir. Ona görə də, belə günlərdə bu bayramların fəlsəfəsinin dünyaya düzgün çatdırılması çox önəmlidir".

Məqalədə : Hacı Şahin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
256

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1875

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
402

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1341

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
471
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru