Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2018
12:25
4795
Əslən azərbaycanlı Ayaz Quliyev Rusiya yığmasına çağırılıb

"Rostov" klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.

Gənc oyunçu Misirlə yoldaşlıq görüşü və Serbiya ilə 2019-cu il Avropa çempionatının seçmə oyunu üçün açıqlanan geniş heyətdə yer alıb. Kollektiv sentyabrın 3-də bir araya gələcək. Görüşlər isə müvafiq olaraq sentyabrın 7-də Ximkidə və sentyabrın 11-də Nijni-Novqorodda olacaq.

Qeyd edək ki, Ayaz Quliyevin Azərbaycan milli komandasına dəvət alacağı bildirilir. Gənc futbolçunun UEFA Millətlər Liqası qarşılaşmalarına çağırılacağı barədə söz-söhbət yayılıb. O, Rusiya yığmasının düşərgəsinə yollanacağı təqdirdə, sentyabrın 7-də Kosovo ilə Bakıda, sentyabrın 10-da isə Malta ilə səfərdə keçiriləcək rəsmi oyunlarda iştirak edə bilməyəcək. Qaydalara əsasən, hər hansı futbolçu yalnız bir ölkənin əsas millisində oynaya bilər. Quliyev Rusiyanın yalnız aşağı yaş qruplarından ibarət komandalarında çıxış etdiyindən, Azərbaycan millisinə çağırılması gələcəkdə də mümkündür/report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
239

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
126
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 09:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru