Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2018
13:47
Həmas: Fələstin tamamilə xilas olana qədər müharibə davam edəcək

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) tərəfindən Məscidi Əqsanın yandırılmasının 49-cu ildönümü münasibətilə yayımlanan bəyanatda, bildirilib ki, sionist rejim ilə olan müharibə Fələstin torpaqları tamamilə azad olunana qədər davam edəck.

FaktXəbər-in məlumatına görə, Həmas yayımladığı bəyanatda Fələstin torpaqlarının xilasının əvəz ödəməyə bağlı olduğunu bildirilir: "Həmas və Fələstin xalqını qoruyan bütün qruplar bütün imkanlarını istifadə edərək Fələstin torpaqları və Qüds xilas olunana, fələstinli əsirlər azadlığa çıxana və Qüds mərkəzli müstəqil Fələstin dövləti yaranana qədər mübarizəyə və müqavimətə davam etmək gücünə malikdir." 

"Geri dönüş" və "Qəzza zolağındakı mühasirənin qaldırılması" aksiyaları Fələstin xalqının cəhdlərindən biri sayıldığı qeyd olunan bəyanatda bildirilir ki, Fələstin xalqı heç vaxt baş verənlərə biganə qalmayacaq: "Fələstin torpaqlarının xilas olması və komplolara qarşı mübarizə aparmaq üçün milli bərabərlik şərtdir və milli sülhü əldə etməyin ən qısa yol 2011-ci il sazişinə əməl edilməsi və Qəzza zolağında yaşayan əhaliyə qarşı əməliyyatlara son qoymasıdır."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fələstin Qəzza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 01:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com