Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2018
10:40
`Müdafiə qüdrətimiz qürurverici səviyyədə artıb`

Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrikin mətnində deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.

Cənab Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb. Ordumuzun 2016-cı ilin aprelində Dağlıq Qarabağda, cari ilin mayında Naxçıvanda keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində ərazilərimizin bir qisminin düşmən işğalından azad olunması və Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar möhtəşəm hərbi paradın keçirilməsi bu qüdrətin bariz nümunəsidir.

Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları da Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaqdır.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Müdafiə qüdrətimiz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 03:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com