Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2018
10:15
8048
Azərbaycan şəhidləri müqəddəs Kərbəlada tanıtdırıldı - FOTO

Azərbaycandan Kərbəla ziyarətinə yola çıxan Ərəfə karvanı müqəddəs şəhərə çatıb. Zəvvarlarımız  avqustun 19-u İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil edib. 

Məclisdə Azərbaycanın tanınmış qarisi Hacı Ruslan Qasımov və ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib.  Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən, insan fitrəti ilə səsləşməsindən söz açıb. 

Maraqlıdır ki, hər il olduğu kimi bu il də həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şəhidlərimizin şəkilləri bəzəyib. 

Qeyd edək ki, avqustun 11-i Azərbaycandan 700 nəfərlik karvan Ərəfə günü Kərbəlanı ziyarət etmək üçün yola çıxıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kərbəla 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 02:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com