Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
15:55
Keçmiş Tunis prezidenti: ABŞ regionda müttəfiq deyil, kölə axtarır

Tunis keçmiş prezidenti Munsif əl-Mərzuki ərəb xalqlarının Türkiyənin mübarizəsini ürəkdən dəstəklədiyini bildirərək, ABŞ rəhbərliyinin regionda dost və ya müttəfiq deyil, kölə axtarışında olduğunu söyləyib.

FaktXəbər-in məlumatına görə, Mərzuki Türkiyəyə qarşı 15 iyuldakı dövlət çevrilişi cəhdi və iqtisadi spekulyativ hücumların arxasında Vaşinqton, İsrail və bəzi regional ölkələrin olduğunu deyib.

O, "Türkiyədə casusluq və terror təşkilatları üçün fəaliyyət" ittihamı ilə həbsdə amerikalı keşiş Endryu Brunsonın azad edilməsi tələbinin isə ABŞ prezidenti Donald Tramp üçün sadəcə bir bəhanə olduğunu, bu olmasaydı, Amerikanın Türkiyəyə hücum etmək üçün başqa bir bəhanə tapacağını söyləyib.

Ankara ilə Vaşinqton arasında son dövrdə baş verən gərginliyə toxunan Mərzuki, "Türkiyənin mövqeyi müstəqil bir dövlətin mövqeyidir və bu, gərginliyi yüksəldir. ABŞ rəhbərliyi regionda müttəfiq və ya dost deyil, əksinə, özünə təbəə, kölə və peyk axtarır. Bu da Türkiyədə yoxdur. Türkiyə və ABŞ arasındakı gərginliyin arxasında, Qərbin ərəb və İslam dünyasında elm, texnologiya və inkişafa mane olma cəhdi yer alır. ABŞ artıq Türkiyəni dəyişən yeni dünya nizamında təhdid olaraq gördüyü üçün ilkin tədbir görməyə çalışır", - deyə bildirib.

Məqalədə : Munsif Mərzuki Tunis Türkiyə ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 13:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com