Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
16:34
İsrail Qəzzayla arasındakı Beyt Xanun sərhəd qapısını bağladı

İsrail rejimi Qəzzaya tətbiq olunan mühasirəni qırmağı qarşısına məqsəd qoyan çoxlu sayda fələstinlinin dəniz sərhədinə doğru qayıqlarla hərəkət etməsinə qarşılıq olaraq Qəzzanın şimal sərhədindəki Beyt Xanın sərhəd qapısın bağlayıb.

FaktXəbər-in məlumatına görə, Fəsləstin rəsmisi Məhəmməd Mukadimə "Anadolu" agentliyinə bildirib ki, keçid məntəqəsi ancaq xəstələr və Qəzza zolağına qayıdanlar üçün açıqdır. 

Qeyd edək ki, Qəzza Blokadasını Qırmaq Milli Hərəkatı tərəfindən İsrailin tətbiq etdiyi mühasirəni qırmaq məqsədilə bu gün keçirilən aksiyaya qatılan fələstinlilər 40 qayıqla Qəzzadakı balıqçılar limanından Aralıq dənizinə çıxmışdılar.

Hərəkat 29 may 2018-ci il tarixindən bu yana 4 dəfə dənizdən İsrail mühasirəsini qırmağa cəhd göstərib, ancaq bu aksiyalar İsrail qüvvələrinin müdaxiləsi ilə dayandırılıb.

Təxminən 2 milyon fələstinlinin yaşadığı mühasirə altındakı Qəzza zolağında 7 sərhəd qapısından 6-sı İsrailin, biri isə Misirin nəzarətindədir.

Xatırladaq ki, İsrail rejimi ordu qüvvələrinin giriş-çıxış üçün istifadə etdiyi Karare sərhəd məntəqəsini 2005-ci ildə, digər 3 keçidi isə 2007-ci ildə Qəzza blokadasına başlayanda bağlayıb. İsrail hazırda ticarət üçün Kerm Əbu Səlim və sərnişin keçidi üçün Beyt Xanun sərhəd məntəqəsinin işləməsinə icazə verir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qəzza Fələstin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com