
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Suriyada sabitliyin təmin olunması üçün vəd etdiyi 230 milyon dollarlıq fondu başqa bölgələrdə istifadə etmək qərarı verdiyi açıqlamasından sonra bildirib ki, bu pulu ABŞ-ın əvəzindən Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəyəcək.
FaktXəbər-in məlumatına görə, Tramp məsələyə dair tvitter vasitəsi ilə bəyanatlar səsləndirib.
Tramp açıqlamasında belə deyib:
"ABŞ-ın Suriyaya verməyə hazırlaşdığı mənasız 230 milyon dollarlıq inkişaf ödəməsi dayandırıldı. ABŞ-ın əvəzinə bu pulu Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəyəcək. ABŞ-ın, ordumuzun və bizə kömək edən digər ölkələrin inkişaf etməsini istəyirəm!"
Xatırladaq ki, bundan əvvəl ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hether Nauert ABŞ-ın XİN rəhbəri Mayk Pompeo tərəfindən Ağ Ev ilə koordinasiya halında verilən son qətnaməyə görə, Suriyada İŞİD-dən təmizlənən ərazilərdə yenidən sabitliyin təmin olunması üçün verilməsi vəd edilən 230 milyon dollarlıq fondun başqa yerlərə xərclənəcəyi açıqlanmışdı.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya və bəzi Yaxın Şərq ölkələrinin terrorçuları maliyyələşdirməsi və silahla təmin etməsi nəticəsində Suriya yerlə-yeksan edilib, 100 minlərlə insan öldürülüb, evlərindən didərgin salınıb. Rusiya, İran və Türkiyənin birgə əməkdaşlığı nəticəsində terrorçulardan təmizlənmiş Suriyanın bərpası üçün hazırda milyardlarla dollar maliyyə vəsaiti lazımdır. ABŞ isə terrorçuların hələ at oynatdığı zamanlarda Suriyada istəyinə nail olacağını düşünərək yenidən bərpa üçün 230 milyon dollarlıq maliyyə vəd etmişdi. Amma proses qəfildən əksinə dönərək ABŞ-ın Suriyada məğlubiyyəti ilə nəticələndi. Görünür Tramp hökuməti ona bu məğlubiyyəti yaşadan bəzi Yaxın Şərq ölkələrini cəzalandırmaq üçün vəd etdiyi maliyyəni onların belinə yükləmək qərarına gəlib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"