Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
13:05
Almaniya Türkiyəni tələyə çəkməyə çalışır

Həftəlik "Der Spigel" jurnalı Almaniya hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməsi üçün Türkiyəni inandırmağa çalışdığını yazıb.

FaktXəbər bildirir ki, jurnalın yazdığına görə, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ilə alman həmkarı Olaf Skolzun cümə günü telefon danışığında bu məsələ əsas müzakirə mövzusu olub.

Skolzun Türkiyənin BVF-yə müraciət etmə məsələsini bir daha nəzərdən keçirməsi istiqamətində türk həmkarı Albayrakı təşviq etməyə çalışdığı bildirilir. Buna cavab olaraq isə Albayrakın gələn həftə Körfəz ölkələrinə səfər edərək maliyyə dəstəyi istəyəcəyini dediyi vurğulanır.

Albayrak son günlər verdiyi açıqlamalarda, Türkiyə hökumətinin BVF-yə müraciət etmə kimi bir planının olmadığını, hədəflərinin xarici investorlar cəlb etmək olduğunu qeyd edir.

Qeyd edək ki, BVF dünyanın əksər ölkələrinə milyardlarla dollar kredit verib. Hazırda çox az sayda ölkə var ki, bu beynəlxalq quruma borcu yoxdur. Qərb dünyası hər hansı bir ölkəyə təzyiq göstərmək istədikdə isə, bu qurumun rıçaqlarından istəfadə edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 17:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com