Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
12:42
Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Çin tərəfi üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir.

Bunu Trend-ə Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.

Səfir bildirib ki, 2015-ci ildə Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb: “Bu model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir. Son iki il ərzində bu əməkdaşlıq modeli beynəlxalq arenada müsbət rəy alıb”.

V.Tszinhuanın sözlərinə görə, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir: “Dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, ölkələrimiz arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı. İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə genişlənir”.

Səfir xatırladıb ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Çin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com