Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2018
11:23
Laricani: ABŞ regionu talamaq üçün İranofobiya layihəsini həyata keçirir

İran parlamentinin başçısı Əli Laricani məclisin bugünkü toplantısında 19 avqust 1953-cü ildə İranda ABŞ tərəfindən həyata keçirilən "Ajax əməliyyatı" haqqında danışaraq bildirib ki, həmin dövr ən qabarıq hiylələrdən biri ABŞ və İngiltərə tərəfindən hazırlanan 19 avqust çevrilişi olub: "Onlar qüsursuz planla hakimiyyətdəki hökuməti devirərək illərlə davam edən və özlərinə sadiq diktatorun hakim olmasına səbəb oldular."

FaktXəbər-in "Mehr" agentliyinə istinadən məlumatına görə, Laricani, "imperialistlərin çirkin hiylələri bu gün nüvə məsələsi, ölkənin müdafiə gücü və İranın regional varlığı kimi məsələlərdə də özünü göstərir", - deyə bildirib.

"Amerika iqtisadi təzyiqlər planlaşdırarkən azadlıqların qorunması, insan haqları, regional və qlobal təhlükəsizlikdən bəhs edir", - deyən Laricani ABŞ vətəndaşlarına müraciət edərək, "terrorçulara silah verib bölgə xalqının canına qəsd etdikdə dünyanın təhlükəsizliyi haqqında necə danışa bilərsiniz", söyləyib.

Laricani ABŞ-ın İran əleyhinə sanksiyaları barədə də danışaraq, "ABŞ-ın hədəfi iqtisadi müstəqillikdir. Sanksiyalar bu hədəfə işarə edir. Onlar regionu talamaq üçün İranofobiya layihəsini həyata keçirirlər. Son dövrdə ABŞ-ın bəzi region ölkələrindən xərac aldığına şahidlik etmişik", - deyə vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Laricani İran ABŞ sanksiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 16:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com