Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2018
11:02
Qəbiristanlıqda narkotik əkən şəxs ələ keçdi - FOTO

Quba rayonu ərazisindəki qəbiristanlıqda çətənə yetişdirən şəxs saxlanılıb. FaktXəbər DİN-ə istinadən bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Quba rayon sakini Rövşən Axundov həbs edilib.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov çətənə kollarını özü əkdiyini etiraf edib. 

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : çətənə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com