Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Avqust

2018
15:45
3843
Sürüşmə fəsadlarını göstərib; Zığda bina qəzalı duruma düşüb

Son günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov açıqlamasında deyib ki, Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir, hazırda həmin ərazidə aktivlik müşahidə olunur: “Zığdakı sürüşmə zonasında yerləşən beşmərtəbəli binada çatlar əmələ gəlib”.

Onun sözlərinə görə, Abşeron rayonunun Nübar qəsəbəsində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə aktivlik qeydə alınıb.

Mütəxəssis xatırladıb ki, Şamaxı şəhər, məhəllə 48 A ünvanında avqustun 15-də torpaq sürüşməsi baş verib: “Bir ildən çoxdur həmin ərazini müşahidə edirik və mütəmadi məlumat veririk. Hər ay bülletenlərdə orada aktivliyin olmasını qeyd edilir. Son günlərdə atmosfer çöküntüllərinin həddən artıq olması bu prosesi biraz da aktivləşdirib. Həmin məhəllə yeni salınmış məhəllədir, hava şəraiti ilə əlaqədar orda sürüşmə prosesi aktiv fazaya keçib. Son günlər orada müəyyən uçqunlar olub, bəzi evlərə ziyan dəyib. Şamaxı rayonu tektonik cəhətdən olduqca mürəkkəbdir, yəni sürüşməyə meylli ərazidir”.

Ə.Qaralov Ağsu aşırımının 156-cı km-də də çökmə və uçqunun baş verdiyini bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 106-111-cu kilometrliyində (Acıdərə adlı ərazi) də aktivlik qeydə alınıb: “Şamaxının Çaylı və Qaleybuğurd kəndlərində aktivləşmə olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə müraciət edilib. Bundan əlavə, Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 2-11-ci kilometrliklərində ayrı-ayrı hissələrində aktivlik qalmaqdadır”.

Digər bölgələrə gəlincə ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 37-40-cı kilometrliyində uçqun və çökmə prosesləri baş verib.(report.az)

Məqalədə : zığ sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
68

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
95

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
999

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1368
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 05:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru