Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2018
14:42
Qurbanlıq heyvan seçərkən buna DİQQƏT EDİN

Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır. Bunu FaktXəbər-ə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev deyib.

O bildirib ki, hazırda qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır.

“Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur”.

Xidmət rəisi fermerlərə öz tövsiyələrini də verib:

“Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər.

Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qurbanlıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com