Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2018
12:38
Bayılda vəziyyət stabildir - Nazirlik

“Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür”.

Bunu Faktxeber.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son dövrlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb: “Bayılda sürüşmə hadisəsi qeydə alınan ərazilərdə mayak və reperlərimiz var, müşahidə işləri aparırıq. Ərazi daima nəzarətdədir”.

Ə.Qaralov bildirib ki, ərazidə axtarış-kəşfiyyat işləri iyun ayında başa çatıb: “Araşdırma işlərinin sonunda hesabat tərtib olunub. Prosesin başvermə səbəbləri, ərazinin geoloji quruluşu haqqında tövsiyyələr və görülə biləcək tədbirlər haqqında məlumat müvafiq təşkilatlara, həmçinin Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, 2018-ci ilin fevral və may aylarında Bayıl qəsəbəsinin ayrı-ayrı yerlərində sürüşmə hadisələri baş verib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bayıl sürüşmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com