Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2018
12:33
İstirahət günlərində hava qeyri-sabit keçəcək

“Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək”. Bunu “FaktXəbər”ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində şimal qərb küləyi əsəcək, arabir güclənəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hava 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com