Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2018
10:35
5699
`Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub`

"Ötən ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini göstərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda- ümumilkdə 29 nəfər olub".

Faktxeber.com məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 7-ci nömrəsində yer alan “Ön söz”ündə bildirib.

Onun sözlərinə görə, qəbul imtahanları bu model üzrə sonuncu ildir ki, keçirilir: "Məlumdur ki, 2008-ci ildən başlayaraq Azərbaycanda ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən bu islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək". 

"Əziz tələbələr! Siz bu gün seçdiyiniz peşənin sirlərinin dərk edilməsinə aparan yolda ilk addımlarınızı atırsınız. Lakin hamımız bilirik ki, bu yol davamlı inkişaf tələb edir, çünki elm daim inkişaf edir, mövcud informasiya ehtiyyatları ilbəil artır və əvvəlki biliklər köhnəlir. Belə ki, peşəkar mütəxəssis adını qoruyub saxlamaq istəyən hər kəs nail olduğu ilə kifayətlənməməli və daim öz üzərində çalışmalıdır. Bu prosesin sərhədi yoxdur! Biz əminik ki, tələbəlik illəri hər biriniz üçün nailiyyət və zəfər illəri olacaq və siz peşəkar mütəxəssis olacaqsınız. Biz buna inanırıq! Bir daha sizləri təbrik edir və uğurlu təhsil, öz gücünüzə inam və yeni nailiyyətlər arzu edirik!"- deyə M.Abbaszadə əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1445

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
414

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
166

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1162

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
952

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2298

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
999
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 06:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru