Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2018
11:37
3958
“Qarabağ” avrokuboklarda iştiraka görə nə qədər qazanacaq?

"Qarabağ"ın 2018/2019 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib.FaktXəbər Report-a istinadən xəbər verir ki, Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələsinin iştirakçısı olan Ağdam təmsilçisinə müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. III raundda iki oyunun nəticəsinə əsasən (0:1, 1:1), Belarusun BATE komandasına uduzan "Qarabağ" Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdir.

"Qarabağ"ın Avropa Liqasında büdcəsini daha da zənginləşdirmək imkanı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.

Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro alacaq. Qalibə isə 4 milyon avro ödəniləcək.

UEFA ÇL-in və Avropa Liqasının qrupuna düşə bilməyən ölkə çempionlarına əlavə olaraq, 260 min avro da verəcək. Yəni, "Qarabağ" pley-offda "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibini keçə bilməsə, mövsümü 1 milyon 700 min avro qazancla başa vuracaq.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
86

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
73

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1722
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru