Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2018
10:35
Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Bu barədə Mehmanın vəkili Şəhla Hümbətova Qafqazinfo-ya açıqlamasında bildirib. Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

Məqalədə : Mehman Hüseynov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 09:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com