Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2018
10:25
Mağaza açmaq niyyəti ilə yaşıllıqları məhv edib - ŞİKAYƏT

Nəsimi rayonunun sakinləri tərəfindən Faktxeber.com-a şikayət məktubu daxil olub. Sakinlər iddia edir ki, Mehman adlı qonşuları mağaza açmaq niyyəti ilə öz mənzilinin eyvanını sökərək ora qapı qoyub, eyni zamanda binanın zirzəmisini qazaraq çoxlu torpaq çıxarıb. Sakinləri narahat edən əsas məsələ bütün bu işləri görərkən binanın qarşısında olan yaşıllıq zolağının məhv edilməsi və söküntü aparılarkən binanın dayaq divarlarına vurulan zərərdir. Vətəndaşlar saytımıza göndərdikləri şikayət ərizəsi vasitəsiylə aidiyyatı qurumlardan yardım istəyirlər.

Sakinlərin göndərdiyi ərizənin tam mətnini olduğu kimi dərc edirik:

"Yazıb sizə bildiririk ki,  Nəsimi rayonu 20 Yanvar küçəsi 22 sayli binanın sakini Mehman adlı şəxs obyekt açmaq məqsədi ilə yaşadığı 1 saylı mənzilin balkonunu sökərək vitrin tipli qapı qoyub, mənzilin yük götürən divarlarını sındırıb, həmin mənzilin altında yərləşən zirzəmini obyektə çevirmək məqsədi ilə qazıb torpağı çıxarıb. Binanın qəzalı vəziyyətə düşməsi təhlükəsi var. Həmçinin mənzilin qarşısında olan 3 ədəd bar verən əncir ağacı kəsib. Yaşıllaşdırma idarəsi tərəfindən həmin yərdə əkilmiş 10 ədəd şam ağacından 4 ədədini çıxarıb atıb,  6 ədədin yerini dəyişdirib, həmin hissədən isə balkonundan birbaşa yol qoyacağını bildirir. 14 avqust 2018-ci il tarixində binanın önündəki yolunun daş hasarını sökərək mənzilin balkonundan asfalt yola qədər dəmir kürpu salıb. Həmin mənzili obyekt etmək məqsədi güdür və etirazlarımıza baxmayaraq öz məqsədindən dönmür. Bu bina yaşayış binasıdır və obyektin açılması yolverilməzdir. Yuxarıda qeyd edilənləri nəzərinizə çatdıraraq binanın qəzalı vəziyyətə salınmasının qarşısını alınması üçün yerində baxış keçirlib balkonun yenidən məcburi tikilməsinə, zirzəminin torpaqnan doldurulmasına və qeyri-qanuni obyekt kimi açılmasının qarşısını alınması üçün qanuna müvafiq tədbirlər görülməsini sizdən xahiş edirik. Bu mənzilin sahibi Mehman adlı şəxs bizim konstitusiya hüquqlarımızı pozur. Yol vermək olmaz ki, kimsə bu qədər özbaşnalıq etsin."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yaşıllıq qırılır 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 17:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com