Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2018
17:02
Apelyasiya Məhkəməsi Koçaryanı sərbəst buraxdı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apelyasiya Məhkəməsinin qərarına əsasən azad edilib. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında vəkil Ruben Saakyan bildirib.

"Məhkəmə Koçaryanın toxunulmaz olduğunu nəzərə alaraq vəkillərin şikayətini təmin edib",-deyə Koçaryanın vəkili əlavə edib.

O, vurğulayıb ki, əgər Koçaryanın atdığı addımları statusundan irəli gəlibsə, o, prezidentlik müddətində və ya bu müddətdən sonra cinayət təqibinə məruz qala bilməz.

Qeyd edək ki, Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 12:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com