Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2018
15:58
`Əsgər ölümü ilə bağlı iş prezidentin nəzarətinə götürülüb`

Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.

Faktxeber.com məlumat verir ki, bu sözləri dünyasını dəyişmiş əsgərin atası Trend-ə açıqlamasında bildirib. Valideyn görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əsgər ölümü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 17:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com