Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2018
15:45
Nazirlik taxıl biçini haqda: Ötənilkindən çoxdur

Ölkə üzrə payızlıq və yazlıq buğda biçini  99,2%, arpa biçini isə 99,7%  başa çatıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Modern.az saytına  məlumat verib. O bildirib ki, ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb:

“Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.

Bu il ölkə üzrə 3 milyon, 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2,031,654 tonu buğda, 937,090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda¸ 124570 ton arpa artıq yığılıb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : buğda biçini 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 14:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com