Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
12:50
Manat sabitliyini saxlayacaqmı? - EKSPERT RƏYİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin, son zamanlar türk rublunun sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır. Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır.

Digər tərəfdən ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB bankın da olması diqqətdən kənarda qala bilməzi. Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16”ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır. 

Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDBŞ) əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub.

Yekun olaraq qeyd etmək istərdim ki, ARDNF-nin və ARDNŞ-nin Rusiya və Türkiyəyə sərmayələrini siyasi investisiya adlandırmaqla, onun taleyinin belə acınacaqlı olacağını hələ devalvasiyadan əvvəl bildirmişdim. Təəssüf ki, ARDNF və ARDNŞ siyasi təsirlər altında belə uğursuz layihələrə imza atıb. Amma gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir. Əks təqdirdə bizim itkilərimi daha çox olacaq və manatı da qoruya bilməyəcəyik.

Qubad İbadoğlu - İqtisadçı ekspert

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 20:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com