Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
09:55
4506
Azərbaycanda iyulda gündəlik neft hasilatı 773 min barel olub

Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barel olub. Energetika Nazirliyindən FaktXəbr-ə verilən məlumata görə, bunun 728 min barelini xam neft, 45 min barelini kondensat təşkil edib. Gündəlik 591 min barel xam neft, 45 min barel kondensat, 28,8 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında isə 792 min barel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 mln. barel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1486

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1044

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
142

Çin Rusiya neftindən imtina edir

25

İyun
11:23
DÜNYA
1532

"Amrah Bank" müflis olub

25

İyun
11:12
İQTİSADİYYAT
893

Rusiya AŞ PA-ya qayıdır

25

İyun
11:05
DÜNYA
932

"Bavariya" Saneni razı sala bilməyib

25

İyun
10:23
DÜNYA
902
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 13:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru