Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
13:35
Tərtər sakinlərindən narkotik götürülüb - FOTO

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, kultivasiyasına qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, avqustun 8-i daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buruc kənd sakinləri Rasim Şahsuvarov və Müşfiq Əliyev saxlanılıb. R. Şahsuvarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 7,498 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. M. Əliyevin evinə baxış keçirilən zaman isə 8,648 qram qurudulmuş marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin də aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təhvil verilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 19:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com