Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
13:59
İdman müəlliminin öldürülmə səbəbi məlum olub

14.00 - Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub. 

Hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb. 

Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

13.21- Ağdaş rayonunda idman müəllimi öldürülüb.

Hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb./Report 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : güllələnmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 02:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com