Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

09 Avqust

2018
12:50
5407
İdman edərkən necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS RƏYİ

İdman edənlərin qidalanması ilə bağlı müxtəlif fikirlər daim səsləndirilir. İstər marafon qaçışı, istər fitnes, istər bodibildinq və ya digər idman növləri olsun, bütün bunlardan maksimum nəticə qazanmaq üçün sağlam qidalanmaq lazımdır.

FaktXəbər-in məlumatına görə, Beynəlxalq İdman Qidalanması Birliyi idman etməmişdən əvvəl və sinra olmaqla xüsusi qidalanma təklifləri hazırlayıb.

İdmandan əvvəl nələr yeyilməlidir?

İdman əsnasında əzələlərdə qlikogen anbarlarını dolu saxlamaq idman edərkən əzələ itkisinin qarşısını alır. Qlikogen anbarlarını möhkəm tutmaq üçün isə aşağıdakılara diqqət etmək lazımdır:

- İdmandan 3-4 saat əvvəl yaxşıca yemək lazımdır. Yeməyə ət qrupu (ət, toyuq, balıq, pendir, yumurta) + çörək qrupu (plov, makaron, çörək, kartof) + az yağlı salat daxil olmalıdır.

- İdmandan yarım saat ilə bir saat əvvəl isə z miqdarda qida qəbul etmək lazımdır. Bu təzə meyvə və qatıq ola bilər.

- İdmandan qabaq təxminən 500- 550 ml su içməlisiniz. Bu, maye itkisi nəticəsində yarana biləcək xəstəliklərin qarşısını ala bilər.

İdmandan sonra nələr yeyilməlidir?

İdman etdikdən sonra toxumaların bərpası və anbarların yenilənməsi üçün keyfiyyətli protein qəbul edilməlidir. Bunun üçün protein tozları əvəzinə ət, yumurta, süd və süd məhsullarındakı keyfiyyətli proteinlərdən faydalanın.

Məşqdən sonra kifayət qədər mürəkkəb karbohidrogen istehlakı əzələ qlikogeninin yenidən sintezini yaradır. Xüsusilə məşqdən sonra daha yaxşı bərpa prosesi üçün kompleks karbohidratla birlikdə kifayət qədər protein istehlak edin.

- Karbohidrat protein miqdarının 3:1 olması əzələləriniz üçün idealdır. Əsas yeməyinizin 1/3-i proteinli yemək - ət, toyuq, balıq və s. 1/3-i plov, makaron, çörək kimi karbonatlı qidalar, 1/3-i isə tərəvəz olsun. Ət, makaron, salat, qatıq şəklindəki qida ideal seçimdir.

- Məşqdən sonra 3 saat ərzində amin turşusu, keyfiyyətli protein ehtiva edən ət, süd, yumurta kimi qidalar əzələnin gücünü artırır.

- Daha çox güc sərf etdiyiniz məşqdən sonrası karbohidratla proteini birlikdə istehlak etsəniz, əzələ toxumanızı gücləndirər. Bədən yorğunluğunun aradan qalxmasına müsbət istiqamətdə təsir göstərər.

- Məşqdən sonra istirahət zamanı süd və meyvə istehlakı da çox yaxşıdır. Bunun sayəsində karbohidrat və proteini birlikdə qəbul etdiyiniz üçün əzələ toxumalarınızı qüvvətləndirmiş olacaqsınız.

- Məşqdən sonra maye qəbulu elektrolit tarazlığı üçün olduqca əhəmiyyətlidir. İtirdiyiniz bədən ağırlığına görə maye qəbul etməli, hər 20 dəqiqədə təxminən 200-300 ml su içməlisiniz.

Məqalədə : idman qidalanma fitnes 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

26

Aprel
11:38
İQTİSADİYYAT
45

Ramil Usubov polkovniki işdən çıxardı

26

Aprel
11:13
HÜQUQ,HADİSƏ
65

Bu ərazilərdə işıq olmayacaq

26

Aprel
10:48
ÖLKƏ
38

Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

26

Aprel
10:44
AİLƏ, SAĞLAMLIQ
1535

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

26

Aprel
09:34
İQTİSADİYYAT
71

DTX və polis Zaqatalada əməliyyat keçirdi

26

Aprel
09:27
HÜQUQ,HADİSƏ
62
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 11:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru