Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
12:15
Səudiyyə ordusu raketi vurub camaatın başına saldı

Səudiyyə Ərəbistanının Yəməni bombalamasına cavab olaraq dünən axşam yerli vaxtla 20.29-da Yəmənin Amran şəgərindən Səudiyyəyə ballistik raket atılıb.

FaktXəbər-in Səudiyyənin SPA agentliyinə istinadən məlumatına görə, Yəmənə qarşı yaradılmış ərəb koalisiyasının rəsmisi polkovnik Turki əl-Maliki bildirib ki, raket Nəcrana tərəf istiqamətləndirilib. Polkovnik bildirib ki, Səudiyyənin hava qüvvələri raketi vurublar, amma raketin qalıqları yaşayış məntəqəsindəki evlərə düşüb. Nəticədə 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı başlatdığı müharibə nəticəsində 10 minlərlə dinc sakin öldürülüb, 100 minlərlə insan evlərindən didərgin düşüblər. Hazırda ABŞ-ın dəstəyi ilə Səudiyyənin Yəməni blokada şəraitində saxlaması nəicəsində yəmənlilər gündəlik ehtiyaclarını belə ödəyə bilmirlər. Minlərlə uşaq dərslərə gedə bilmir. Vəba xəstəliyi isə Yəməni ağuşuna alıb. BMT-nin hesabatına görə, həftə ərzində Yəməndə xəstəliklərdən ən azı 150 uşaq dünyasını dəyişir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 13:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com