Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
11:46
Taliban İŞİD-ə qarşı rəsmi Kabul və ABŞ-dan dəstək alır

Əfqanıstanda «Taliban» silahlı qruplaşması təkcə rəsmi Kabilin deyil, həm də ABŞ-ın  dəstəyi ilə İŞİD teror qruplaşmasına qarşı döyüşür. FaktXeber.com-un Directorate-4-ə istinadla verdiyi məlumata görə, «Taliban» ABŞ HHQ-dən Əfqanıstanın şərqində  Nanqarhar əyalətinə zərbələr endirməməyi xahiş edir, çünki, sözügedən ərazidə İŞİD-çilərlə döyüşən taliblər zərər görə bilərlər.

Taliblərin amerikalılarla belə sıx kooperasiyası ötən Ramazan ayında atəşkəs rejim elan olunandan sonra mümkünləşib.

İŞİD terror qruplaşmasının məhv edilməsi Kabil, Taliban və ABŞ-ı birləşdirən hədəfə çevrilib. Belə qeyri-rəsmi koalisiyanın yaradılması isə Qətərin paytaxtı Dohada taliblərin ABŞ rəsmilərilə görüşündə müzakirə olunmuşdu.

Bundan başqa taliblər İŞİD-ə qarşı  xüsusi bölmə yaradıb.

«Taliban» hərəkatının Mətbuat Xidməti danışıqlar faktını inkar edir, bununla belə Dohada rəsmi nümayəndələri Şer Muhamməd Abbas Stanikzayın olduğunu da qəbul edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Taliban 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com