Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
10:59
Rusiya hokkeyçiləri amerikalı rəqiblərini meydana çıxmağa peşman ediblər

Rusiyanın gənclərdən ibarət U18 hokkey komandası Kanadanın Red-Dire şəhərində keçirilən Qlinka Kubokunda ABŞ-dan olan həmkarlarını meydana çıxmağa peşman ediblər. 

FaktXəbər-in məlumatına görə, oyun rusların lehinə 8: 3 hesabı ilə başa çatıb.

Vladimir Filatov, Yaroslav Lixaçev, İlya Mironov, Mixail Abramov, Roman Bıçkov və Daniel Quşin hərəyə bir dəfə fərqləniblər. Vasili Podkolzin isə dubl edib.

Amerikalılardan isə rəqib qapısına yol tapanlar Robert Mastrosimone, Artur Kaliyev və Sem Kolancelo olub.

Bu qələbə ilə Rusiya komandası öz qrupunda birinci yerə sahib olub. Yarımfinalda Rusiya İsveç ilə görüşəcək.

Qeyd edək ki, bu oyundan qabaq olimpiya çempionu Kovalev bildirib ki, Rusiya milli hokkey komandası artıq heç kəsdən qorxmur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hokkey 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 05:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com