İndoneziyanın Lombok adasında 6.2 bal gücündə zəlzələ olub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
10:26
2682
İndoneziyanın Lombok adasında 6.2 bal gücündə zəlzələ olub

İndoneziyanın Lombok adasında 6,2 bal gücündə zəlzələ baş verib. 

FaktXəbər-in məlumatına görə, bu barədə İndoneziyanın geologiya qurumuna istinadən "Asoşeytid press" xəbər verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə bildirib ki, zəlzələnin gücü 5,9 olub. Mərkəzin məlumatına görə, yeraltı təkanların mərkəzi Mataram şəhərindən 34 km şimal-şərqdə olub. Zəlzələ ocağı 30 km dərinlikdə qeydə alınıb.

/div>

Ölənlər və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Xatırladaq ki, 5 avqustda İndoneziyada 7 bal gücündə zəlzələ baş vermişdi. Bəzi məlumatlara görə, zəlzələ nəticəsində ən az 347 adam ölmüşdü.

Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 10:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com