Sərnişin daşıyıcıları qarşısında yeni tələblər qoyulub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
09:43
2760
Sərnişin daşıyıcıları qarşısında yeni tələblər qoyulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib.

Xidmətin Mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Tarif Şurasının məlum qərarından sonra DANX daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub:

"Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 12:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com