Rəsmi Tehran: ABŞ neft ixracımızı dayandıra bilməyəcək

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2018
17:14
2832
Rəsmi Tehran: ABŞ neft ixracımızı dayandıra bilməyəcək

ABŞ İranın neft ixracını dayandıra bilməyəcək.

Bu sözləri ABŞ-ın sanksiyalarını şərh edərkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Neft ixracımızı dayandıra bilməyəcəklər. Əgər amerikalılar bu sadə və qeyri-mümkün fikri unutmaq istəsələr, bunun nəticələrini də dərk etməlidirlər. Onlar İranın neft ixrac etməyəcəyini və başqalarının isə ixrac həyata keçirəcəyini düşünə bilməzlər”, - deyə İranın xarici işlər naziri deyib.

O, ABŞ-ın İranın neft ixracını dayandırmaq planının müvəffəqiyyətli olmayacağını söyləyib.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

İran Prezidenti Həsən Ruhani isə keçən ay ABŞ-ın İranın neft ixracını dayandırmağa çalışması vəziyyətində ölkəsinin böyük neft nəqli yolu olan Hörmüz boğazını bağlaya biləcəyini bildirmişdi.AzerTag

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 10:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com