Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2018
11:22
İspaniya təyyarəsindən təsadüfən çıxan raket Rusiya ərazisinə düşə bilərdi-FOTO

Estoniyanın hava məkanında İspaniyanın HHQ-nin təyyarələri tərəfindən təsadüfən buraxılan raket nəzəri olaraq RF ərazisinə düşə bilərdi. FaktXeber.com-un TASS-a stinadla məlumatına görə, bu barədə qiymətləndirməni «Postimees» nəşrinə Baltik dövlətinin HHQ-nin komandanı Riivo Valqe edib.

Qeyd edək ki, avqustun 7-də Estoniya Müdafiə Qüvvələri  bəyan etmişdilər ki, ölkədə bazalaşan İspaniya HHQ-nin Eurofighter təyyarəsi səhvən AMRAAM «hava-hava» tipli döyüş raketini buraxıb. Qurum bildirmişdi ki, hadisə Panqodi yaşayış mənqəsi üzərində  təlim uçuşları zamanı baş verib. 

Valqe bildirib ki, kəndin şimalına uçan raketin uçuş radiusu 100 km olub. Estoniya HHQ-nin komandanı bildirib ki, raket şərqə uçsaydı teoretik olaraq Çud gölünün digər tərəfinə – Rusiya Federasiyasının ərazisinə düşə bilərdi.

İnsidentlə bağlı Estoniya HHQ, Aviaməlumat Departamenti,İspaniya HHQ, həmçinin NATO ekspertləri araşdırma aparır.

Müdafiə qüvvələri bildiriblər ki, raketdə özünüməhvetmə rejimi olub, hansı ki, raketi elə havada məhv etməli idi. Buna baxmayaraq, raketi Tartunun 40 km şimalındayerə çırpılıb.

Uzunluğu 3,7 m, diametri 18 sm olan raketdə döyüş başlığıda var imiş. Müdafiə Qüvvələri raketin axtarışına başlayıb. Sakinlərə təsadüfən raketi tapacaqları halda dərhal həmin ərazidən uzaqlaşmaları və tapıntı barədə Estoniya HHQ-nə məlumat vermələri barədə xəbərdarlıq olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : estoniya İspaniyz raket qırıcı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 04:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com