Bu yolda işıqforun vaxtına dəyişiklik edildi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2018
14:41
2034
Bu yolda işıqforun vaxtına dəyişiklik edildi

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. FaktXəbər-ə BNA-dan daxil olan məlumata görə, vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb.

Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com